Heyvanlarda və insanlarda demodekoz xəstəliyi və onun müalicəsi

A+
A
A-

 

 

Demodekoz-dərialtı parazitar xəstəlik olmaqla, demodex gənəsi tərəfindən törədilir. Gənənin parazitlik elədiyi yer, piy və tər vəzləri, tük soğancıqları və daxili orqanlardır (bağırsaqların divarı, dalaq, qaraciyər və s.). Bu göstərilən yerlərdə gənələr koloniya halında yüzlərlə, minlərlə yaşayırlar.

Xəstəliyin törədicisi ilk dəfə iribuynuzlu heyvanlarda (demodex bovis) 1878-ci ildə Fakson tərəfindən müəyyən edilmişdir. XIX əsrin sonları və XX əsrin əvvəllərində demodekoz haqqında ətraflı məlumat F.Qutira və İ.Marekin «Ev heyvanlarının xüsusi patologiya və terapiyası» adlı monoqrafiyasında şərh edilmişdir.

Xəstəliyin çox qədimdən məlum olmasına baxmayaraq, bu xəstəliyin bir çox problemləri bu günə kimi üz həllini tapmamışdır. Ona görə də bu xəstəliyin öyrənilməsi çox vacibdir.

Xəstəliyə dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda heyvanlar və insanlar arasında təsadüf olunur.

Demodeks gənəsinin bədən quruluşu qurdvari şəkildə olduğu üçün digər gənələrdən çox asanlıqla fərqlənir, gənə çox xırdadır. Mikroskop altında asanlıqla görünür.

Gənənin imaqo fazasında uzunluğu 213-275 mikron, eni isə 50-60 mikrondur. Parazitin sürfəsi 200 mikrona kimi ola bilir. Adətən bu 120-150 mikron olur.

Gənənin yumurtası oval formada olmaqla, uzunluğu 60-67 mikron, eni 32-40 mikron olur.

Parazitin baş tərəfində çox qısa dörd cüt ayağı var. Bədəni arxa tərəfə uzanmaqla, dairələ- şir və həmin nahiyədə kutikulası yerləşir.

Əlverişli şəraitdə yumurtanın cinsi yetişkənliyə çatması üzün 3 həftə vaxt lazımdır. Lakin isti vaxtlarda bu 14-15 gün olur. Bu müddət ərzində gənə 5 inkişaf fazası keçirir: yumurta, sürfə, nimfa 1, nimfa 2 və imaqo.

A.A.Volodyanov və Vasilyevizin (1998) fikrincə, bu gənənin 65 növü vardır. Lakin digər alimlərin fikrincə, bu gənənin 143 nüvü məlumdur ki, bunlar müxtəlif növ heyvanlarda və insanlarda parazitlik edirlər (M.T.Ağnabayev, V.B.Malxanov 2005).

L.X.Akbulatova (1968) və G.N.Mufferə (1978) görə, hər bir heyvanda ona məxsus gənə parazitlik edir. Ona görə də bir növ heyvanda parazitlik edən gənə digər heyvanda parazitlik etmir və əksinə. Lakin biz bu fikirlə heç cür razılaşa bilmərik. Belə ki, insanlara xas olan demodex follukuların gənəsinin itlərdə parazitlik etməsi barədə məlumat var və bu mümkündür. Ona görə də insanlar arasında bu xəstəliyin yayılmasında xəstə itlərin rolunu inkar etmək olmaz. Bunun öyrənilməsinə böyük ehtiyac var.

Yem əldə etmək qabiliyyətli gənənin yalnız imaqo fazasına mənsubdur. Belə ki, o üzünü və nəslini yemlə təmin edir, sürfə və nimfa isə ehtiyat maye qida maddələrindən istifadə edirlər.

Belə ki, iri parazitlərin parazitlik elədikləri yerdə, mexaniki qıcıqlanmalar nəticəsində əmələ gələn mayedən digər stadiyada olan parazitlər istifadə etməklə inkişaf edirlər.

Əsas sahibindən ayrılan gənələr otaq hərarətində quru havada 3 sutkaya kimi yaşaya bilirlər. Digər məlumatlara görə, demodex canis gənəsi sahibinin bədənindən kənara düşən kimi, dəri səthində olduğu vaxt quruduğuna görə tez ölür.

Nəmli mühitdə, xüsusilə, kərtməkdə 16-20 °C hərarətdə gənə 2-3 həftə yaşaya bilir.

Xəstəliyin patogenezi xüsusilə xəstəliyin xroniki gedişində və generalizə (bütün bədənə yayıldıqda) formasında demək olar ki, tam üyrənilməyib. Lakin bir çox alimlər belə fikir irəli sürürlər ki, rezistentlik qabiliyyəti yüksək olan heyvanların və insanların orqanizmində demodeks gənəsinin olmağına baxmayaraq, xəstəliyin kliniki əlamətləri görünmür (yəni onlar orqanizmdə simbioz həyat sürürlər). Bunun dəqiq səbəbi alimlər tərəfindən hələlik açıqlanmayıb. Lakin belə güman etmək olar ki, bu zaman ən vacib şərtlərdən biri, heyvan və insan orqanizminin immun sisteminin yüksək olmasıdır.

İribuynuzlu heyvanlarda xəstəliyin törədicisi demodex bovis (Faxon 1887) gənəsidir (Bu gənəni ilk dəfə 1878-ci ildə Fakson xəstə qara maldan ayırdığı üçün, onun adı ilə bağlıdır). Bu iribuynuzlu heyvanların xəstəliyi olmaqla bir çox ölkələrdə geniş yayılmışdır. Bu gənə dərinin qalın qatında parazitlik etməklə, dərinin ən qiymətli qatını zədələyir, nəticədə dəri yararsız hala düşür. Əllə dərini əllədikdə, yumru və ya oval qabarcıqların olduğu asanlıqla hiss olunur. Qabarcıqlar həcminə görə noxud və ya qoz boyda olur. Dərinin yoluxmuş yerində qabarcıqlar adi gözlə baxdıqda çox asan görünür və nəzəri cəlb edir.

Yoluxmuş yerdə dəri qalınlaşmaqla, kərtməklə örtülür və elastikliyini itirir. Bu əsasən heyvanın boyun nahiyəsində olur. Yoluxmuş yerdə demodeks gənələri müxtəlif fazalarda (yumurta, süfrə, nimfa, imaqo) minlərlə olur. Bəzən gənələri dərinin hər yerində tapmaq mümkündür. Demodekozla xəstələnmiş sağmal heyvanlar 20 %-ə kimi südünü azaldır və get-gedə arıqlayır. Xəstəliyin ağır forması zamanı heyvan intoksikasiya və arıqlıqdan ölə bilər.

Xəstəlik mənbəyi xəstə heyvanlardır. Xüsusilə isti aylarda gənələr çox aktiv olduğundan dəri qatından xaricə, yəni dəri üzərinə çıxaraq, təmasda olduğu sağlam heyvanlara keçə bilir. Bu əsasən may-avqust aylarında baş verə bilir.

Törədicinin biologiyasından asılı olaraq xəstəlik fəsli xarakter daşıyır. Ən çox xəstə heyvanlara mart-iyul aylarında təsadüf olunur.

Xəstəliyin kliniki əlamətləri ən çox yanvar ayından avqust ayına qədər olan müddətdə büruzə verir. Heyvan bədəninin müxtəlif yerlərində əmələ gələn düyünlər azıq görünür. Dəri üzərini əllə sığalladıqda onlar aydın hiss olunur. İsti aylarda gənələr dəri qatından xaricə, yəni dəri səthinə çıxdığına görə həmin nahiyələrə müxtəlif mikroflora daxil olduğundan həmin yerlərdə abseslər əmələ gəlir. Həmin düyünləri sıxdıqda üzərisindən irinli və qanlı maye çıxır. Bu xəstəliyi nodulyar dermatitdən təfriq etmək lazımdır.

Xəstəliyə diaqnoz qoymaq o qədər də çətin deyil. Əvvəla xəstəliyin kliniki əlamətlərinə fikir vermək lazımdır. Xəstəliyə xas olan əlamətlər varsa, xəstəliyin demodekoz olmasına şübhə artır. Diaqnozu dəqiqləşdirmək üçün şişlərin ortasına iri iynə sancılır və dərinin dərinliyindən çirkli maye götürülür. Əvvəlcə çıxan maye silinir, sonra şiş sıxılaraq içəri qatdan çıxan mayedən 1-2 damcı əşya şüşəsi üzərinə qoyulur. Bunun üstünə 1-2 damcı 10 %-li qələvi töküldükdən sonra, üzərinə örtücü şüşə qoyulur və mikroskop altında baxılır (qələvi əvəzinə ağ neft, qliserin və s. tökmək olar).

Bu zaman heyvan demodekozla xəstədirsə demodeks gənəsi və ya onun süfrə və yumurtaları görünəcək. Əgər xəstə heyvan aşkar olunarsa, mütləq sağlam heyvanlardan ayrılmalı və müalicə olunmalıdır. Xəstə heyvan saxlanan yer və əşyalar 2 %-li sevin, 0,5 %-li xlorofos, 3 %-li nikoxlorin emulsiyası ilə dezinseksiya olunmalıdır.

Xəstə heyvanlar akrodeks, dermatozol və digər qotur xəstəliyinə qarşı işlədilən dərman maddələri ilə müalicə olunmalıdır.

Qovunlarda demodekoz xəstəliyinin törədicisi demodex ovisdir. S.V.Timofeyevin yazdığına görə, Rusiyada qoyunlar arasında bu xəstəlik geniş yayılmışdır. Xəstəliyin törədicisi olan gənələr əsasən tək follikullarında və piy vəzlərində yerləşirlər. Gənə yerləşən nahiyələrin tükü tökülür, iltihabı proses getməklə, o yerlər qaşınır və kərtməklə örtülür.

Heyvanın bədənində çoxlu miqdarda noxud boyda düyünlər aydın görünür. Çox vaxt gənənin dərini deşdiyi yerdən müxtəlif mikroblar daxil olduğu üzün o yer irinləyir.

Demodex equi atlarda parazitlik edir. Proses ən çox atların baş və boyun nahiyəsində gedir. Həmin yerə əl gəzdirdikdə, dəri altında noxud və fındıq boyda qabarcıqların olduğu aydın hiss olunur.

Çox vaxt bu düyünlər kənardan aydın görünür (fındıq və ya qoz boyda olur). Bu xəstəlik digər heyvanlara nisbətən atlarda, itlərdə və iribuynuzlu heyvanlarda ağır keçir.

Demodex suis (Csokor 1879) donuzlarda parazitlik edir. Xəstəlik başın öz nahiyəsindən başlamaqla, bədənin bütün nahiyələrinə yayılır. Həmin nahiyələrdə xırda qabarcıqlar və toyuq yumurtası boyda abseslər görünür.

Demodex caprae (Niederheusern 1881) keçilərdə parazitlik edir. Xəstəlik əsasən baş və boyun nahiyəsində qabarcıqlar formasında olur (noxud boyda).

Pişiklərdə demodekoz. Xəstəliyin törədicisi demodex cfti gənəsidir. Xəstəlik pişiklərin ən çox baş nahiyəsində, qulaq arxasında, üz nahiyəsində, ayaqlarında, xüsusilə barmaqların arasında (pododermatit) olur.

Demodex cunicuii dovşanlarda parazitlik edir. Xəstəlik əsasən baş nahiyəsində qabarcıqlar formasında olur.

İtlərdə demodekoz xəstəliyinin törədicisi demodex canis (Leydıq 1859) gənəsidir. Bu gənə itlərdə və xəzdərili heyvanlarda parazitlik edir. Onlar tək dəridə yox, daxili orqanlarda da (limfa vəzlərində, qaraciyərdə, ağciyərdə, bağırsaq divarlarında və s.) parazitlik edirlər.

Digər heyvanlara nisbətən bu xəstəlik itlərdə daha ağır keçir. Ona görə də müalicəsi üzün uzun vaxt tələb olunur.

Xəstəliyin yoluxma mənbəyi əsasən xəstə heyvanlardır. Belə ki, itlər qrup şəklində saxlanarkən bir-birini yoluxdura bilər. Mexaniki şəkildə itlərə qulluq edən şəxslər də müxtəlif əşyaların köməyi ilə xəstəliyin törədicisi olan gənələri sağlam heyvanlara keçirdə bilir. Bundan əlavə qancıq it xəstə olarsa, üz balaları ilə yaxın təmasda olduğuna görə, asanlıqla küçükləri yoluxdurur. Digər yoluxma yollarından itin pis şəraitində saxlanması (nəm yerdə, tez-tez çimizdirilməsi, dərinin qıcıqlandırılması və s.) yoluxmaya səbəb ola bilər. Ov itləri ov zamanı xəstə tülkü, canavar və digər vəhşi heyvanla da təmasda olan vaxt yoluxa bilər.

Demodekoz xəstəliyi itlərdə fəsli xarakter daşıyır. Belə ki, xəstəliyə ən çox qış-yaz fəslində təsadüf olunur ki, bu aylarda heyvanların orqanizminin ümumi rezistentlik qabiliyyəti aşağı olur. Günəş şüasının az olması, dərinin tonusunun zəifləməsi və s. buna səbəb olur.

Kliniki əlamətlərinə görə xəstəlik itlərdə 4 formada gedir:

Gizli forma: Bu zaman it xəstə olmağına baxmayaraq heç bir kliniki əlamət nəzərə çarpmır. Bu forma əsasən yaşlı itlərdə müşahidə olunur.

Səthi forma: Bu zaman baş nahiyəsində 2-3 yerdə tük tökülür və həmin yer kərtməklə örtülməklə az qızartılı və iltihablı olur.

Xəstəliyin generalizə forması zamanı bütün bədən yoluxmuş olur. Bu zaman daxili orqanlarda yoluxmuş olur. Tük follikullarına və piy vəzlərinə kənar mikrofloranın daxil olması sayəsində (stafilokokk, streptokokk, E.Coli və s.) dəridə irinli proses olur. Bu da xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Xəstəliyin belə gedişi zamanı itlər qısa müddətdə arıqlayır. Belə heyvanlar əksərən intoksikasiyadan və kaxeksiyadan (arıqlıqdan) ölür. Müalicənin effekti belə hallarda çox az olur.

Pododermatit zamanı barmaqların arası qızarır və iltihablaşır. Müxtəlif mikrofloranın düşməsi nəticəsində . irinli proses nəzəri cəlb edir. İt çox vaxt axsayır.

İtlərdə xəstəliyin müalicəsi: Xəstəliyi müalicə etmək üzün birinci növbədə xəstəliyə dəqiq diaqnoz qoymaq lazımdır. Təəssüflər olsun ki, bir çox həkimlər bu xəstəliyə diaqnoz qoya bilmir və bunu digər dəri xəstəlikləri ilə dəyişik salırlar. Demodekoz xəstəliyini, ümumiyyətlə, fikirlərinə belə gətirmirlər. Bu fikri biz, bizə müraciət edən it sahiblərinin dediklərinə əsasən söyləyirik. İti müalicə etmək üzün xəstə olan nahiyənin tükü qırxılmalı, həmin yer keratolitix və sebareya əleyhinə işlədilən şampunla yuyulmalıdır. Sonra əldə olan akarasid preparatlar işlədilməlidir. Əgər bakterial infeksiya ilə yoluxma olarsa, antibiotiklərdən istifadə etmək məsləhətdir. Xəstəliyin yüngül forması zamanı qırxılmış yerlərə xlor-heksidin məhlulu sürtülür. Üçgündən sonra həmin yerlərin iltihabını aradan qaldırmaq üzün, vişnevski mazı sürtmək məsləhətdir. Müalicəni 2-4 dəfə 5-6 gün fasilə ilə davam etdirmək lazımdır.

Piretroidlərin yağlı məlhəmlərinin işlədilməsi də (danitol, de-sis, baytikol, sumisidin) xəstəliyin müalicəsində yaxşı nəticə verir.

Kükürd məlhəmi, yam mazı, qatran, ACD-3 biostimulyatorunun da xəstəliyin müalicəsində yaxşı nəticə verdiyi göstərilir.

Son vaxtlar Amerikanın Fort Dodge kompaniyasının istehsal etdiyi Seyfli preparatının demodekoz xəstəliyində yaxşı müalicəvi təsiri göstərilir. Bu sistemli insektisid olmaqla it və pişiklərin ektoparazitinə qarşı işlədilir. Preparat həb şəklində olmaqla, təsiredici maddəsi sitioat (o,o dimetilen- sulfamoilfenil)-tiofosfatdır. Preparat hər 10 kq diri kütləyə 1 həb, həftədə iki dəfə 6 həftə verilir. Əgər ehtiyac olarsa, müalicəni 6 aydan sonra təkrar etmək olar.

Biz itlərin demodekozunda aşağıda qeyd olunan üsuldan istifadə etməyi məsləhət bilirik.

Xəstə itə yemlə daxilə 0,1-0,2 q təmiz əla növ narın kükürd verilir(1-2 ay).

Xəstə nahiyəyə 10 % kükürd mazı (kükürd, vazelin, naftalan nefti) sürtülür (2 gündən bir).

Kükürdü daxilə verməkdə məqsəd ondan ibarətdir ki, kükürd orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır. Həzmə gediciliyi artırır. Eyni zamanda yaxşı antiparazitar xassəyə malik olduğu üzün daxildə olan demodex gənələrinə öldürücü təsir edir. Həmzinin daxilə verilən kükürdün bir hissəsi sorularaq dəriyə toplanır. Nəticədə dəridə (tük soğancığı, piy vəzləri və s.) demodex canis gənəsinin inkişafını dayandırır və onu məhv edir.

Dəri səthinə sürtülən kükürd mazı isə naftalan neftinin köməkliyi ilə dərinin dərin qatlarına sorularaq parazitə öldürücü təsir edir. Həmzinin naftalan dəridə olan iltihabı prosesin qarşısını almağa və yaranın sağalmasına imkan yaradır. Bu üsulla biz 6 demodekozlu iti müalicə etmişik.

Xəstəliyin müalicə olunub olunmamasını tək kliniki sağalma ilə demək olmaz. Mütləq şübhəli yerlərdən qaşınma götürüb mikroskop altında baxmaq lazımdır. Bunu hər 2-4 həftədən bir təkrar etmək məsləhətdir. Həmçinin müalicə vaxtı müalicənin effektivliyini bilmək üzün material götürüb baxmaq məsləhətdir. Əgər götürülmüş materialda ölü gənələrin sayı, sağlara nisbətən çoxdursa, sürfə və deformasiya olunan gənənin sayı çoxalırsa, deməli müalicə düzgün gedir. Müayinə zamanı yalnız parafin yağından istifadə etmək lazımdır. Yalnız bu zaman ölü gənəni sağlamdan ayırmaq mümkündür. Kliniki tam sağalmış it, mütləq 6 aydan sonra müayinə olunmalıdır.

İnsanlarda demodekoz. Demodekoz insanlar arasında geniş yayılmış parazitar xəstəliklərdəndir. Xəstəliyin törədicisi demodeks gənəsinin iki növü demodex follucullorum və demodex brevisdir. Bunlardan birinci tük follikullarında, digəri isə piy vəzlərində (L.X. Akbulatova 1966, C. Desch, W. Nuttinq 1972) parazitlik edir. Adətən bu gənələr insanların burun, alın, yanaq, çənə altı, burun dodaq arasının dəri qatında, az hallarda qulağın xarici eşitmə yolunda, sinə və çiyinlərdə parazitlik edir.

Demodex follucullorum gənəsi uzunsov bədən quruluşuna malik olmaqla 0,27-0,48 x 0,0480,064 mm böyüklükdə, demodex brevis isə iki dəfə bundan kiçik, yəni 0,16-0,176 x 0,048 mm-dir.

Hər follikulda 25-ə kimi gənə yaşaya bilir. Onların dəri səthində hərəkəti saatda 8-16 mm ola bilir.

Onlar tük və piy vəzlərində olan ifrazatla qidalanırlar. Onların həyat sikli 15 gün çəkməklə 5 faza keçirir: yumurta, sürfə, nim-fa 1, nimfa 2, imaqo. Bu gənələr qaranlıqda çox aktivdirlər. 14°C- dən aşağı hərarətdə aktivliyi azalır +30, +40 °C hərarətdə isə əksinə, onlar çox fəal olurlar. Ona görə də bu xəstəlik ən çox yaz-yay aylarında büruzə verir. Adətən insanlar isti vanna qəbul etdikdən və ya saunada olduqdan sonra xəstəlik şiddətlənir və xəstələr həkimə müraciət etməyə məcbur olurlar.

Bəzi hallarda bu gənələr heyvan və insan orqanizmində simbioz həyat tərzi keçirir. Belə hallarda orqanizmdə gənənin olmasına baxmayaraq, xəstəliyin əlamətləri görünmür. Belə insan və heyvanlar xəstəlik əlaməti olmadan xəstəlik törədicisinin daşıyıcıları hesab olunurlar.

Demodex folluculorum gənəsinin heyvanlarda da (it, iri buynuzlu) parazitlik etməsi barədə ədəbiyyatda məlumat vardır. İtlərdə bu gənənin parazitlik etməsini staphylococcus pyogenes mikrobunun iştirakı ilə iribuynuzlu heyvanlarda isə dermatophilus congolerıis bakteriyasının törətdiyi dermatozlarla əlaqələndirirlər (Beklemışev B.H., Jdanov V.İ. 1955, Dubinin V.N. 1955 və s.). Ona görə də alimlər bu xəstəliyi dermatozoonozlara aid edirlər. Yəni heyvandan insana və əksinə keçən xəstəlik.

Demodex gənəsinin xəstəliyin baş verməsində alimlər arasında müxtəlif fikirlər vardır. Bə-ziləri demodex gənəsinin patogenliyinə şübhə edirlər. Onların fikrincə, gənə çox vaxt sağlam insan və heyvan orqanizmində yaşamağına baxmayaraq, xəstəlik törətmir (Piekarski G. 1951, Roth A.M. 1979 və s.).Digər müəlliflər (Remizov L.N., Bolşa- kov V.F.1964, GearJ.H. 1972 və s.) isə müxtəlif dermatozlar zamanı demodex gənəsinin patogen olmasını üz işləri ilə sübut ediblər.

Demodekoz xəstəliyinin heyvanlardan insanlara keçə bilməsi barədə də alimlərin fikri müxtəlifdir. Belə ki, V.Evseyevanın fikrincə, xəstə insandan sağlam insana xəstəlik keçə bilər. Lakin ev heyvanlarından xəstəlik insanlara keçə bilməz. Akademik Q.S.Pervomayskiy (1974) göstərir ki, insanlar xəstə adamla kontaktda olarsa yoluxa bilər. Ancaq xəstə demodekozlu heyvanlardan da yoluxa bilməsi mümkündür. Bunun bu fikrini bir çox parazitoloq alimlər də dəstəkləyir (Antonov A., Hüseynzadə K., Ağakişiyev D., 1988 və s.). Onlar göstərir ki, insanların demodekozla yoluxmasında xəstə və xəstəliyin törədicisini daşıyan insanlar, heyvanlar, müxtəlif əşyalar (məhrəba, geyim paltarı, yoluxmuş heyvan dərisi) və s. rol oynaya bilər.

Bizim fikrimizcə, insanlara xas olan demodex follucullorum gənəsinin heyvanlarda da parazitlik etməsi və ya heyvanlar bu parazitin daşıyıcısı olması mümkündür. Ona görə də insanların ev heyvanlarından, xüsusilə itlər və pişiklərdən demodekozla yoluxması istisna olunmur.

Ufa Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru, professor M.T.Aznabayevə görə, insanlar arasında demodex gənəsinin daşıyıcıları çoxdur. Belə ki, aparılan müayinələr nəticəsində məlum olmuşdur ki, bu rəqəm 39 %-ə kimi təşkil edir. Onlardan, yəni müayinə olunanlardan 10 yaşına kimi 3 %, 11-20 yaşına kimi 12-29 %, 21-40 yaşına kimi 30 %, 41-60 yaşına kimi 50 %, 60 yaşından yuxarı insanlarda parazit daşıyıcılıq 68-100 %-ə kimi olmuşdur.

Onun fikrincə, ekzo və endogen (daxili və xarici) faktorların təsiri nəticəsində parazit və orqanizm arasında olan simbioz həyat tərzi pozularaq xəstəliyin kliniki əlamətləri büruzə verir. Belə ki, müxtəlif formada güzdə və dəridə iltihabi proses başlayır. Güz xəstəliyi olan blefarit və blefarokonyktivitin əmələ gəlməsində şərti patogen parazit olan demodex gənəsi əsas rol oynayır.

Belə xəstələr müayinə olunarkən 39-88 % xəstədə demodeks gənəsi aşkar edilmişdir (Aznabayev M.T.).

Ekzogen faktorlara ilin isti fəsilləri, yüksək hərarətin təsiri, günəş şüası, xarici mühitin tozlu, çirkli olması və s. endogen faktorlara səbəb isə sinir damar sistemi pozğunluğu, endokrin və maddələr mübadiləsinin pozulması, mədə-bağırsaq, qaraciyər, şəkərli diabet və s. xəstəliklər aiddir.

Demodekoz orqanizmada patogen mikroorqanizmlərin çoxalmasına və yayılmasına, virusların, göbələklərin, rikketsiyaların gözün selikli qişasında artaraq gözə təsir etməsinə səbəb olur.

Demodekozun türətdiyi blefarokonyuktivit zamanı xəstə gözün tez yorğunluğuna, kirpiklərin kənarlarında və qaşlarda qaşınmalara,  isti vaxtlarda gözün alışması, gözə yabanı əşyanın və ya qumun düşməsi və ya elə bil ki, gözün izində qarışqa gəzir və s. əlamətlər hiss olunur. Bütün bunların sayəsində gözdə müxtəlif patoloji proseslər gedir. Ona görə də belə hallarda mütləq göz həkiminə müraciət etmək lazımdır.

Xəstəliyə diaqnoz qoymaq olduqca asan və sadədir. Belə ki, üst və alt kirpiklərdən bir neçəsi (3-4) pinsetlə çəkilir və əşya şüşəsi üzərinə qoyulur. Üzərinə 1-2 damcı 10% yeyici qələvi və ya ağ neft əlavə olunduqdan sonra üzərinə örtücü şüşə qoyulur və mikroskop altda baxılır. Əgər xəstəlik varsa bu zaman demodeks gənəsi və ya onun yumurtaları görünür.

Xəstəliyin müalicəsi üzün olduqca uzun vaxt lazımdır. Xəstəliyi müalicə edərkən gənənin inkişaf sikli nəzərə alınmalıdır. Belə ki, akarasid preparatlar ən azı 4-6 həftə işlədilməlidir.

Akarasid preparatlara aiddir: 1-2 %-li sarı civə mazı, sink-ixtiol mazı və s. Dermatologiyada kükürd, qatran, ixtiol, benzil-benzoat, 1 %-li permetrin, amitrazol, 1 %-li lindan, 1 % krotamidon və s. Bu preparatların ən böyük mənfi cəhəti ondan ibarətdir ki, onlar çox toksikidirlər.

Aversekt mazı yaxşı antiparazitar xassəyə malik olmaqla toksiki təsirə malik deyildir.

Efir demodex gənəsini 1 dəqiqəyə, 96° spirt 3-4 dəqiqəyə, 10 %-li salisil turşusunun spirtdə məhlulu isə 1 dəqiqəyə gənəni öldürür.

Qeyd etmək istərdim ki, demodekoz xəstəliyinin müalicəsi insanlarda olduqca çətindir və illərlə vaxt tələb edir. Odur ki, bu xəstəliyə şübhələnən şəxslər vaxtında həkimə müraciət etməli və dəqiq diaqnoz qoyulduqdan sonra, vaxtında müalicə olunmalıdır. Özbaşına müalicə olmaz!

30.05.2017
413

Nəşrlər

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

Bannerlər