Naftalan şəhərində aşkarlanan ətlərin müayinəsi başa çatmış və zərərsizləşdirilmişdir

A+
A
A-

 

 

 

 

21 iyun 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin Naftalan Şəhər Polis Şöbəsinin  əməkdaşları tərəfindən Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov Mürşüd Mayıl oğlunun idarə etdiyi  "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilmişdir.

Naftalan Şəhər Polis Şöbəsinin müraciətinə əsasən Goranboy Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı avtomobilin yük yerində antisanitar şəraitdə yığılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, ümumi çəkisi 65 kq olan heyvan cəmdəyinin və daxili orqanlarının qida üçün yararlığını və mənşəyini müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella typhimurium) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti və qida üçün tamamı ilə yararsız olması müəyyən edilmişdir.

Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Naftalan Şəhər Polis Şöbəsinə göndərilmişdir.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalmış, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov Mürşüd Mayıl oğlunun idarə etdiyi  "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı avtomobilinin yük yerində aşkarlanmış və müvəqqəti saxlama kamerasına yerləşdirilmiş ümumi çəkisi 65 kq olan heyvan cəmdəyinin və daxili orqanlarının zərərsizləşdirilməsinə qərar verilmişdir.

Qərara uyğun olaraq aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan cəmdəyi və heyvanın daxili orqanları baytarlıq mütəxəssislərinin nəzarəti altında Goranboy rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq  zərərsizləşdirilmişdir.

 

30.06.2017
266

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər