“Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik...

A+
A
A-

“Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının gücləndirilməsi” layihəsi üzrə müqavilənin imzalanma mərasimi keçirilmişdir

 

 

Sentyabrın 26-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilməsi” layihəsi üzrə Çin Xalq Respublikasının İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzi ilə müqavilənin imzalanma mərasimi keçirilib.
Mərasimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları, həmçinin  İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzin rəhbərliyi iştirak ediblər.     
Tədbirdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İqtisadi və texnoloji əməkdaşlıq haqqında” 13 may 2017-ci il tarixində müqavilə imzalanıb. Bu müqavilədə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilməsi” layihəsi də nəzərdə tutulub. Bu layihə İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzi tərəfindən həyata keçirilir. Azərbaycanda laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən həmin layihə gələcəkdə ölkəmizdə heyvan sağlamlığına və qida təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcəkdir.   
A.Süleymanov göstərdiyi dəstəyə görə Çin Xalq Respublikasının Hökumətinə, onun Azərbaycandakı səfirliyinə, İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzinin rəhbərliyinə Kənd Təsərrüfatı Nazirliyi adından minnətdarlığını bildirib. Bu  əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Həmçinin tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin konsulu Van Çunqan, İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzinin müdir mavini Siao Fenghuai çıxış edərək Azərbaycanda olmalarından, əməkdaşlıq münasibətlərindən danışıblar. Çıxışlarda bildirilib ki, veriləcək laboratoriya avadanlıqları rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə köməyi olacaqdır.
Çıxışlardan sonra “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilməsi” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləni Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov və İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzinin müdir mavini Siao Fenghuai imzalayıb.

26.09.2017
375

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər