Həmrəylik Günü və Yeni ilin gəlişi qeyd edilib

A+
A
A-

 

 

 

Dekabrın 29-da Dövlət Baytarlıq Nəzarəti Xidmətində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təntənəli tədbir keçirilib.
Bayram əhval-ruhiyyəsində, xüsusi tərtibatla bəzədilmiş zalda  musiqili-əyləncəli proqramla başlayan və 2 saata qədər davam edən tədbirdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov çıxış edərək kollektivə xoş arzularını çatdırıb, onları bayramlar münasibəti ilə təbrik edib.
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən və bu həmrəyliyi gündən-günə möhkəmləndirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin səmərəli nəticələrindən söz açılıb, ötən il Dövlət Xidmətinin əldə etdiyi uğurlardan danışılıb.
Çıxışlarda xidmət əməkdaşlarının daim dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırılıb.
Tədbir iştirakçıları Azərbaycan musiqisinin sədaları altında təşkil olunmuş şirniyyat süfrəsindən dadıb, yaşadıqları fərəhli hissləri qeyd ediblər.

 

29.12.2017
348

Nəşrlər

  • 07-08(287-288) 24 may 2018-ci il

  • 05-06(285-286) 26 aprel 2018-ci il

  • 04(284) 29 mart 2018-ci il

  • 02-03(282-283) 28 fevral 2018-ci il

Bannerlər