Xaçmaz rayonunda antisanitar şəraitdə daşınan və sağlamlığına dair heç bir...

A+
A
A-

Xaçmaz rayonunda antisanitar şəraitdə daşınan və sağlamlığına dair heç bir sənədi olmayan at əti aşkarlanmışdır

 

 

07 iyun 2018-ci il tarixdə alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə Xaçmaz rayonun Çağacuq çayı ərazisində “Mercedes” markalı 99-DV-211 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan və  sağlamlığına dair heç bir sənədi olmayan, sümükdən ayrılmış 250 kq (iki yüz əlli ) çəkidə olan at əti aşkar olunub.
Avtomobildə aşkar edilmiş 9 ədəd qara rəngli, insan qidası üçün nəzərdə tutulmayan polietilen torbaya yığılmış ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Araşdırmalar zamanı ətin Xaçmaz şəhəri, M.F.Axundov 94 ünvanında yaşayan Niçkur Musa İsa oğluna məxsus olduğu müəyyən edilib. Avtomobildə aşkar olunan at ətləri müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.
Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

08.06.2018
91

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər