İribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə ...

A+
A
A-

 

 

 

Yanvar ayının ilk günlərindən ölkədə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılmasına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, bu tədbirlərin davamı olaraq fevral ayının 10-dan başlayaraq ölkə ərazisində iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinin icrasına start veriləcək.
Qeyd edək ki, iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara, ev itləri arasında quduzluq, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə başlanan tədbirlərin aparılması davam etdirilir.
Aparılan tədbirlərlə əlaqədar Dövlət Baytarlıq Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytar mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə rayonlara ezam olunublar.
Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin ediliblər.
Hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.

09.02.2019
84

Nəşrlər

  • 04(301) 28 mart 2019-cu il

  • 03(300) 20 fevral 2019-cu il

  • 01-02(299) 29 yanvar 2019-cu il

  • 18(298) 20 dekabr 2018-ci il

Bannerlər