Biləsuvarda fermerlərin təlimi və xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər davam etdirilir

A+
A
A-

 

 

 

Biləsuvar rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndlənmə, diaqnostik müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir. Qeyd olunan tədbirlər və təlimlər Biləsuvar Rayon Baytarlıq İdarəsinin 20 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, Biləsuvar rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Tədbirlər Biləsuvar Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.

İdarə rayonun 1 şəhər və 23 kəndində mövcud olan 41200 baş iribuynuzlu, 138800 baş xırdabuynuzlu, 1000 baş təkdırnaqlı heyvana, 4000 baş sahibli itə və 400 min baş quşa baytarlıq xidməti göstərir.

İlin əvvəlindən bəri Biləsuvar rayonunda 41332 baş iribuynuzlu, 128448 baş xırdabuynuzlu 1075 baş təkdırnaqlı heyvanda qarayara, 3904 baş sahibli itdə quduzluq, 119227 baş iribuynuzlu və 42597 baş xırdabuynuzlu heyvanda dabaq, 6013 baş iribuynuzlu heyvanda leptospiroz, 120715 baş xırdabuynuzlu heyvanda çiçək, 43755 baş iribuynuzluda nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 340937 baş (“H” ştammı ilə) quş və 347149 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl, 2848 baş iribuynuzlu və 7089 baş xırdabuynuzlu heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Baytarlıq idarəsi ilin əvvəlindən indiyə kimi baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən dezinfeksiya işlərini də gücləndirib. Belə ki, baytarlıq xidməti tərəfindən rayonun 547 obyektində 57655 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.  Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 1107 baş iribuynuzlu və 74 baş xırdabuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib, eləcə də  vərəmə görə 1683 baş iribuynuzlu heyvanda, 194 baş təkdırnaqlı heyvanda manqoya görə diaqnostik müayinə aparılıb.  Heyvanlar arasında xəstəlik aşkar olunmayıb.

Biləsuvar rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə və müayinə tədbirləri davam etdiriləcək. Belə ki, iyun ayının sonuna kimi rayonda saxlanılan heyvanlar arasında nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda dabaq, çiçək, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

11.06.2019
33

Nəşrlər

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

  • 03(300) 20 fevral 2019-cu il

Bannerlər